“Trampın iqtisadi maraqlara ciddi ziyan vurmaq üçün internetin bağlanması və ya başqa bir şey əmr edə biləcəyi fikrinin həqiqətə çevrilməsi artıq o qədər də inanılmaz deyil”, - Avropa Tənzimləmə analitik mərkəzinin rəhbəri Zak Mayers nəşrə açıqlamasında deyib.
Eyni zamanda, “Anexia” peyk xidmətləri provayderinin rəhbəri Alercander Vindbixler əlavə edib ki, Avropanın İT sektoru əvvəlcədən bu məsələdə ABŞ-dan “qeyri-sağlam asılılığa” diqqət yetirməli idi.
“Politico” daha əvvəl ABŞ-nin artıq nə NATO, nə də Avropa təhlükəsizliyinin arxasında duran aparıcı qüvvə olmadığını yazmışdı. Nəşrin jurnalistlərinin fikrincə, Tramp ilk səlahiyyət müddətində demək olar ki, NATO-nu tərk edib və indi daha da gözlənilməz qərarlar vermək səviyyəsinə çatıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


